Tbilisidə karantində saxlanılan gənc: "Buradakıların əksəriyyəti yerli azərbaycanlılardır"

Tbilisidə karantində saxlanılan gənc:

Koronavirusla əlaqədar Tbilisidə karantində saxlanılan gənc müsahibə verib.

Rasthaber Azərbaycan 24News.ge xəbər verir ki, Bolnisidən olan gənc "Viva Medi" klinikasının mehmanxanasında hal-hazırda 30-dək şəxsin karantində saxlanılıdığını bildirib.

"Bizi 26 fevral tarixində Azərbaycanla sərhəddən Tbilisiyə gətirdilər və bildirdilər ki, daha əvvəl İranda olduğunuza görə 14 gün krantində qalmalısınız. Burada olan heç bir şəxsin sağlamlıqla əlaqədar hər hansı bir problemi yoxdur. Gündəlik olaraq karantindəkilərin temperaturu ölçülür. Karantində təqribi olaraq 30 nəfər var. Onların əksəriyyəti Marneuli, Bolnisi, Qardabani və digər rayonlardan olan yerli azərbaycanlılardır. Bizə bildiriblər ki, daha əvvəl İranda olduğumuz üçün və yaranmış koronavirus təhlükəsi ilə əlaqədar 10 martadək karantində qalmalıyıq,"-deyə  A.Çıraqov bildirib.

Çırağov həmçinin iddia edir ki, sərhəddə yoxlanış zamanı koronavirus yayılmamışdan daha əvvəl (1 il əvvəl) İranda olan şəxslər də karantinə alınıblar.

Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 9 yoluxma halı qeydə alınıb. 150-dən artıq şəxs isə karantində saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR