Tbilisidə hökümət evi qarşısında kazinolara etiraz

Tbilisidə hökümət evi qarşısında kazinolara etiraz

Bir qrup vətəndaş hökümət evi qarşısında şans oyunlarına etiraz ediblər.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları şans oyunlarına qarşı daha sərt qanunların qüvvəyə minməsini tələb ediblər.

Aksiya iştirakçıları mətbuata açıqlamalarında, Sandro Beradzenin ailə üzvləri və yaxınları olduqlarını bildiriblər.

Onlar qeyd ediblər ki, S.Beradze şans oyunları (xüsusilə kazino) oynadıqdan sonra intihar edib və başqalarının bu oyunların qurbanına çevirilməməsi üçün etiraz aksiya keçirirlər.

Nümayişçilər hökumət tərəfindən şans oyunlarına qarşı sərt qaydaların tətbiqinin vacibliyini qeyd ediblər.

Xəbəri paylaş

VİDEOLAR