Tbilisi küçələrində sakinlərə xidmət edən velosipedlər olacaq

Tbilisi küçələrində sakinlərə xidmət edən velosipedlər olacaq

Tbilisi meriyası, sakinlərinə xidmət etmək üçün, paytaxta velosipedlər gətirmək niyyətindədir.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə şəhər meri, Kaxa Kaladze, "facebook" şəbəkəsində canlı yayım zamanı bildirib.

Kaladze deyib ki, meriya iki və üç təkərli velosipedlər gətirmək niyyətindədir.

Merin sözlərinə görə, velosiped xidmətinin istifadəsi ödənişli olacaq və təqribi olaraq ödəniş, insanların ictimai nəqliyyatda istifafə etdikləri kartla mümkün olacaq.

Kaladze, bu barədə ətraflı məlumatı vətəndaşlarla bölüşəcəyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR