TAYDER İstanbulda tədbir keçirəcək – DƏVƏT

TAYDER İstanbulda tədbir keçirəcək – DƏVƏT

TAYDER 9 fevRALDA İstanbulda tədbir keçirəcək

İctimai Araşdırma və Yardımlaşma Dərnəyi TAYDER, İslam İnqilabının İranda qələbə qazanmasının 41-ci ildönümü münasibətilə “İslam İnqilabı və Qlobal əks-sədaları” adlı panel təşkil edəcək.

9 fevral bazar günü günortadan sonra İstanbul Bahçelievlərdəki mərkəzində

keçiriləcək tədbirə xaricdən və Türkiyədən çıxış edənlər qatılacaq.

Paneldə İslam İnqilabının bölgəsəl və beynəlxalq təsirləri, İslam dünyası və bütün müstəzəf xalaqların İslam inqilabından gözlədikləri və İslam inqilabına qarşı əvvəldən həyata keçirilməyə çalışılan planların tərəfləri, üsulları və s. mövzulara işarə olulancaq.

TAYDER panelləri ümumiyyətlə tədbir iştirakçılarının sual və təkliflərilə qarşılıqlı müzakirə şəraitində keçirilir.

Tədbir 9 fevral bazar günü yerli vaxtla 14:30-da  TAYDER-in İstanbulun Bahçelievlər metro, metrobus dayanacağına yaxın yerdə yerləşən Mehmetçik sk. No: 10A ünvanında olan mərkəzində keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR