Tatarstanda qadınlara hücum edən şəxs həbs olundu – VİDEO

Tatarstanda qadınlara hücum edən şəxs həbs olundu – VİDEO

Tatarıstanda qadınlara hücum edərək təpik vuran şəxs həbs olunub.

Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki,  Tatarstanın DİN-nə istinadən xəbər verir ki, Rusiyada Tatarstan Respublikasının Nijnekams şəhərində qadınlara hücum edərək təpik vuran şəxs həbs olunub.

Adı açıqlanmayan şəxs qadınlara nifrət etdiyi üçün küçədə hücum etdiyini bildirsə də, ona qarşı ölkənin cinayət məcəlləsinə uyğun cəza gözləyir. Məlumata görə, ikinci dəfə dəmir barmaqlıqlar arxasına gedəcək şəxsi 5 il həbs cəzası gözləyir.

Qeyd edək ki, videokadrların birində hicablı qadına da hücum anının videosu bəzi ölkələrdə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bundan sonra yerli DİN məsələni nəzarətə götürüb və qadınlara hücum edən şəxs saxlanılıb.

Xəbəri paylaş

VİDEOLAR