Tatarıstan Müsəlmanları Dini İdarəsi Rusiya vaksininin halallığını şübhə altına aldı

Tatarıstan Müsəlmanları Dini İdarəsi Rusiya vaksininin halallığını şübhə altına aldı

Tatarıstan Müsəlmanları Dini İdarəsi Rusiyanın “Sputnik V” və “EpiVakKorona” koronavirusa qarşı vaksinlərini hazırlayanlara müraciət edərək, məhsulun tərkib komponentlərini açıqlamasını istəyib.

Rasthaber Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, buna səbəb vaksinlərin halallıq tələblərinə cavab verib-verməməsinin yoxlanılmasıdır.

“Biz vaksinlərin insanlara, o cümlədən müsəlmanlara faydalı olmasına əmin olmaq istəyirik. Bunun üçün onlar halallıq tələblərinə cavab verməlidirlər”, – “Halal” standartı üzrə komitənin sədri İrek Ziqanşin deyib.

O qeyd edib ki, Rusiyada 25 milyon müsəlman yaşayır, Tatarıstan isə ölkənin ən iri müsəlman bölgələrindəndir. Elə bu səbəbdən də sertifikatlaşma inanclılara qayğıdan irəli gəlir.

Xəbəri paylaş

VİDEOLAR