Taliban yenə hücum etdi: 17 hərbçi öldürüldü, əsir düşənlər var

Taliban yenə hücum etdi: 17 hərbçi öldürüldü, əsir düşənlər var

Talibanın dörd əsgəri əsir götürüb

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü ölkənin şimalında Talibanın həyata keçirdiyi hücumlar azı 17 əsgərin ölümünə, ondan çox əsgərin yaralanmasına səbəb olub.

Zorakılıqlar Əfqanıstanda müharibə edən tərəflərin bu ayın sonunda sülh danışıqlarının ilkin mərhələsi üçün Qətərdə görüşməyə hazırlaşdıqları vaxta təsadüf edir.

Şimali Cavziyan vilayəti hökumətinin sözçüsünün verdiyi məlumata görə, üsyançılar gecə Aqça bölgəsindəki iki təhlükəsizlik məntəqəsini ələ keçirmək üçün bir neçə istiqamətdən hücum edib.

Məruf Azar toqquşmaların səhərə qədər davam etdiyini, 12 əfqan əsgərinin öldüyünü və 5-nin yaralandığını deyib. O, Talibanın təhlükəsizlik qüvvələrinin dörd əsgəri əsir götürdüyünü təsdiq edib.

Bölgənin hərbi rəsmisinın açıqlamasında döyüşlərdə 5 hücumçunun öldüyü və 10 nəfərin də yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR