Taliban: Qadın hüquqları qorunacaq...

Taliban: Qadın hüquqları qorunacaq...

Taliban hərəkatı bazar günü verdiyi açıqlamada Əfqanıstan hökuməti ilə danışıqlara sadiq olduğunu bildirib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, hərəkat əsl islam prinsipləri əsasında ölkədə qadın hüquqlarının işə salınması və bu hüquqların əfqan mədəniyyətinə uyğun bir şəkildə tətbiqində maraqlı olduğunu ifadə edib.

Əfqanıstandan xarici qoşunların çəkilməsindən sonra Talibanla silahlı toqquşmalar getdikcə artır. Qətərdə keçirilən danışıqlar prosesində hökumət rəsmisi bildirib ki, radikal islam qruplaşması olan Taliban tərəfindən hər hansı yazılı təkliflər verilməyib.

Əfqanıstan hökumət rəsmiləri danışıqlar prosesindəki durğunluqdan narahatlıqlarını ifadə ediblər. Taliban hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər bildirib ki, Əfqanıstandan xarici qoşunların çıxmasından sonra ölkədə qurulacaq yeni sistemlə bağlı hər kəsdə sualların olması onlara da bəllidir:

"Əsl İslami sistemin qurulması bütün məsələlərin həlli üçün ən yaxşı vasitədir. Danışıqlarda iştirak etməyimiz məsələlərin dinc yolla həllinə olan inamımızı göstərir. Biz əfqanıstanda islami prinsiplərə uyğun olaraq qadın hüquqlarının qorunacağına və onların işləməsi və təhsil alması üçün hüququların təmin ediləcəyini qəbul edirik".

Xəbəri paylaş

VİDEOLAR