Əfqanıstanın "talibançı"ların Balh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı səkkiz yol polisi həlak olub.
Rasthaber Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Əyalətin yol polisinin komandiri Favad Salehi KİV-ə bildirib ki, Balhın eyniadlı rayonunda polis postuna hücum gecəyarı baş verib. Hücum zamanı nəzarət-buraxılış məntəqəsində 14 nəfər olub. Onlardan 6-ı sağ qalıb.
Mənbə telekanala bildirib ki, "talibançı"lar asayiş keşikçilərinə bir sıra casusların köməyi ilə hücüm ediblər. "Taliban" hücum və polislərin həlak olması haqqında xəbəri şərh etməyib.