“Taliban” terror təşkilatı Əfqanıstanın Pəncşir əyalətini tam şəkildə ələ keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “Taliban” nümayəndəsi Zəbihulla Mücahid bildirib.
“Pəncşir əyaləti tam şəkildə ələ keçirilib”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, buradakı qiyamçıların bir hissəsi məğlub olub, digər hissəsi isə qaçıb.
Eyni zamanda, Pəncşirdəki müqavimət qüvvələri “Taliban”-la döyüşlərin davam edəcəyini bəyan ediblər.