Taliban Məşhəddəki terror hadisəsini qınayıb

Taliban Məşhəddəki terror hadisəsini qınayıb

Əfqanıstanda müvəqqəti Taliban hökumətinin sözçüsü müqəddəs Rəzəvi ziyarətgahının həyətində üç din xadiminə qarşı törədilən terror aktını pisləyib.

Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, müvəqqəti Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid dünən axşam Tvitter hesabından, İrandakı ibadətxanalara və din xadimlərinə qarşı törədilən terroru qınadığını və sözügedən hadisənin Əfqanıstan və Əfqan xalqı ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bu arada əfqan üləması, siyasi və mədəniyyət xadimləri müxtəlif mesajlarla terror aktını pisləyərək, İran İslam Respublikası xalqına və hökumətinə başsağlığı veriblər.

Əfqan şəxsiyyətləri hesab edir ki, bu cür sui-qəsdlər heç vaxt İran və Əfqanıstan xalqlarının uzaqlaşmasına səbəb ola bilməz.

Xəbəri paylaş

VİDEOLAR