Taliban Merkeli Əfqanıstana dəvət edib

Taliban Merkeli Əfqanıstana dəvət edib

Taliban sözcüsü deyib

Talibanın Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istədiklərini bildirərək, kansler Angela Merkeli Əfqanıstana dəvət etdiyi bildirilib.

Almaniyanın "Bild" qəzeti "Taliban sözçüsü Zabihullah Mücahid kansleri Kabilə dəvət etdi" başlıqlı müsahibə dərc edib.

Sözügedən müsahibədə Mücahid deyib:

"Almaniyanın Əfqanıstanla tarixi və yaxşı münasibətləri var. Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istəyirik".

Zabihullah Mücahid Almaniya hökumətinin yeni hökumətlə (Taliban hökuməti) mümkün olan ən yaxşı diplomatik əlaqəyə sahib olmasını istədiklərini vurğulayıb.

Mücahid Almaniya ilə yaxşı diplomatik əlaqələrdən əlavə sağlamlıq, infrastruktur və təhsil sahələrində Berlindən maddi dəstək, humanitar yardım və əməkdaşlıq görmək istədiklərini ifadə edib.

"Almaniya hökumətinin həqiqətən də bizə kömək edə biləcəyinə inanırıq" deyə Mucahid qeyd edib. 

Bild müxbirinin "Almaniya kansleri Angela Merkeli Əfqanıstanda səmimi qarşılayırsınızmı?" sualına Mücahid 
"Biz onu ölkəmizdə həqiqətən də məmnuniyyətlə qarşılayarıq" cavabı verib.

Qeyd edək ki, hərbi təxliyə əməliyyatı bitdikdən sonra Almaniya Əfqanıstanda işləyən yerli işçilərin təxliyəsi üçün Talibanla danışıqlara başlamışdı. 

Bundan əlavə, Almaniya hökuməti yeni qaçqın böhranının qarşısını almaq üçün Əfqanıstana humanitar yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

Taliban hökuməti Kabulu ələ keçirdikdən sonra Almaniya hökuməti oradakı səfirliyi bağlamışdı. Hökumətin xüsusi nümayəndəsi, səfir Markus Potzel Qətərin paytaxtı Dohaya gedədək, burada Taliban nümayəndələri ilə diplomatik əlaqələrini davam etdirmişdi.

Xəbəri paylaş

VİDEOLAR