Taliban liderlərindən biri hərəkata qarşı üsyan edib

Taliban liderlərindən biri hərəkata qarşı üsyan edib

Taliban hərəkatının həzarə liderlərindən olan Mövləvi Mehdi hərəkata qarşı üsyana qalxıb. Taliban onun və tərəfdarlarının üsyanını yatırtmaq üçün Bəlxab rayonuna böyük hərbi qüvvə göndərib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin Daxili İşlər və Müdafiə Nazirliyinin qüvvələri Sərpol və Bamyan əyalətlərindən xeyli hərbi qüvvələri Bəlxab rayonuna ezam ediblər.

Hazırda Talibanın böyük hərbi qüvvəsi bir neçə istiqamətdən Sərpol əyalətinin Bəlxab rayonunun girəcəklərinə toplanıblar.

Bundan öncə tərəflər arasında qısa müddətli atışma baş verib. Hərəkat Mövləvi Mehdi ilə danışıqlar üçün bir neçə vasitəçi göndərsə də nəticə verməyib.

Özünü Taliban sıralarında həzarələrin lideri kimi təqdim edən Mövləvi Mehdi pəştun əsilli komandirlərin ölkənin şimalına göndərilməsinə etiraz edir.

Xəbəri paylaş

VİDEOLAR