Taliban Kabildə İmam Hüseyn (ə) əzadarlarına hücum edib

Taliban Kabildə İmam Hüseyn (ə) əzadarlarına hücum edib

Taliban qüvvələri Əfqanıstanın paytaxtı Kabildə İmam Hüseyn (ə) əzadarlarına hücum ediblər.

Az.rasthaber.com xəbər verir ki, Taliban-ın müvəqqəti hökuməti şiələrin əzadarlıq mərasimi keçirmək azadlığı haqda verdiyi vədlərə xilaf çıxıb və şiələrə qarşı geniş məhdudiyyətlər tətbiq edib.

Taliban qüvvələri dünən Kabilin bəzi bölgələrində təhlükəsizlik tədbirləri bəhanəsi ilə İmam Hüseyn (ə) əzadarlarına hücum ediblər.

Şahidlərin sözlərinə görə, bir çox yolu əzadarların üzünə bağlayan taliblər yoldan keçənlər, həmçinin məscidlər və hüseyniyyələrdə olanlarla kobud şəkildə rəftar ediblər.

Taliban qüvvələri həmçinin “Qəle Nou Dəşt Bərçi” bölgəsindəki evləri təftiş etməyə başlayıb və “matəm saxlayanlara su paylanan” məkanlarda olan insanları döyüblər.

Xəbəri paylaş

VİDEOLAR