Taliban həzarələrin yaşadığı Bəlxab rayonuna hücum edib

Taliban həzarələrin yaşadığı Bəlxab rayonuna hücum edib

Taliban qüvvələrinin son üç gündə Sər-pol əyalətinin həzarələr yaşayan Bəlxab rayonuna irimiqyaslı hücumu minlərlə insanın ev-eşiyindən didərgin düşməsi, habelə 50-dən çox mülki şəxsin ölümü ilə nəticələnib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, yerli mənbələr son günlərdə hücum nəticəsində həlak olan mülki şəxslərdən 37-sinin dəfn edildiyini bildiriblər. Yerli mənbələrin məlumatına görə tezliklə onların adları KİV-lərə deyiləcək.

Taliban qüvvələrinin son üç gündə həyata keçirdiyi hücumda azı 50 mülki şəxsin həyatını itirdiyi deyilir.

AvaPress-in məlumatına görə “Əfqanısyan İslam Əmirliyi”nin qüvvələri artıq Bəlxab rayonunun bütün qəsəbələrini nəzarətə götürüblər. Talibana qarşı qiyama qalxan hərəkatın sabiq üzvü həzarə əsilli Mövləvi Mehdi isə Bəlxabda ucqar bölgələrə geri çəkilib.

Bu arada Beynəlxalq Əfv Təşkilatı və BMT mənbələri Bəlxabda kütləvi edam və qətllərlə bağlı xəbərlərin çatdığını və araşdırmaların aparılmasının zəruri olduğunu bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR