“Taliban” hücumu nəticəsində 16 əfqanıstanlı hərbçi və polis həlak olub.
Rasthaber Azərbaycan xəbər verir ki, “Taliban” terrorçularının qəfil hücumu nəticəsində 16 əfqanıstanlı hərbçi və polis həlak olub.
Hücum Dohada 12 sentyabrda Əfqanıstan hökuməti və “Taliban” terror təşkilatı arasında baş tutmalı olan danışıqların astanasında baş verib.
Bildirilir ki, terrorçular Nanqərhar əyalətinin Xoqyani rayonunda təhlükəsizlik qüvvələrinin postunu hədəf seçiblər.
16 nəfərlik itkidən başqa, bir neçə yaralının da olduğu qeyd edilib.