Taliban: ABŞ-a əlavə vaxt verilməyəcək

Taliban: ABŞ-a əlavə vaxt verilməyəcək

Bu barədə “Taliban” terror təşkilatının nümayəndəsi Süheyl Şahin bildirib.

Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, təxliyyə üçün ABŞ və Britaniyaya əlavə vaxt verilməyəcək, əks halda bunun mənfi nəticələri ola bilər.

“Bu, qırmızı xətdir. Prezident Bayden elan edib ki, 31 avqustda onlar bütün silahlı qüvvələri (Əfqanıstandan) çıxardacaqlar. Ona görə də, əgər onlar (mövcudiyyətlərini) uzatsalar, bu, onların işğalı genişləndirməsi demək olacaq, baxmayaraq ki, buna heç bir ehtiyac yoxdur”, – deyə o, qeyd edib.

“Əgər ABŞ və ya Böyük Britaniya təxliyyə üçün əlavə zaman istəsə, cavab mənfi olacaq. Əks halda bunun nəticələri olacaq”, – deyə Şahin əlavə edib.

“Bu, bizim tərəfimizdən onlara etimadsızlığa səbəb olacaq. Əgər onlar işğalı davam etdirmək niyyətindədirlərsə, bu, reaksiyaya səbəb olacaq”, – deyə “Taliban” təmsilçisi bildirib.

Xəbəri paylaş

VİDEOLAR