Taliban 27 nəfəri qaçırdı

Taliban 27 nəfəri qaçırdı

Taliban Əfqanıstanın Farah əyalətində Xalq Sülh Hərəkatı üzvlərini qaçırıb

 Rasthaber Azərbaycan xəbər verir ki, Farah Polis İdarəsinin sözcüsü Muhibbullah Muhib mediaya verdiyi açıqlamada Xalq Sülh Hərəkatı üzvlərindən 27 nəfərin, Balabuluk rayonunda Taliban tərəfindən qaçırıldığını bildirib.

Xalq Sülh Hərəkatı üzvlərin sülhün önəmli olduğunu təbliğ etmək üçün şəhər-şəhər gəzərək vətəndaşlarla görüşdüyünü ifadə edən Polis sözcüsü, qaçırılanların harada olması ilə bağlı məlumat olmadığını da qedy edib.

Muhub, qaçırılanların azad olunması istiqamətində iş aparıldığını əlavə edib.

Taliban mövzu ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR