Taizə gedən yolların qismən açılması barədə razılıq əldə olunub

Taizə gedən yolların qismən açılması barədə razılıq əldə olunub

Yəmənin Milli Azadlıq Hökuməti Taiz şəhərinə gedən 5 yoldan ikisinin açılmasını qəbul etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Azadlıq Hökumətinin danışıqlar qrupunda olan Əbdülməlik Əcəri Taiz şəhərinə aparan 5 yoldan ikisinin açılması ilə bağlı razılığın əldə edildiyini bildirib.

Al Masirah telekanalına danışan Əcəri, "Birləşmiş Millətlər Təşkilatının (BMT) Taiz və digər əyalətlərdə yolların açılması təklifinə cavab verdiklərini" bildirib.

Xəbərdə ilk olaraq Taizə gedən iki yolun açılmasının təsdiqləndiyi, digər yollarla bağlı danışıqların davam etdiriləcəyi bildirilib.

Milli Qurtuluş Hökuməti səlahiyyətlisi deyib: "Səna-Qahirə uçuşlarının əngəllənməsi də qəbul edilə bilməz".

Qeyd edək ki, Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Taizlə bağlı verdiyi açıqlamada, “Qarşı tərəflə razılaşma olmasa da, vətəndaşlara xidmət etmək üçün Taizə gedən yolları yenidən açmağa hazırıq”, - deyə bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR