Tailandda 80 tibb işçisi koronavirusa yoluxub

Tailandda 80 tibb işçisi koronavirusa yoluxub

Tailandda 70 tibb işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Tailandda 70 tibb işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, ölkədə koronavirusa yoluxanların 3,4 faizi deməkdir.

Bu barədə Tailand hökumətinin pandemiya ilə mübarizə məqsədilə yaradılmış xüsusi qərargahı məlumat yayıb. Həmin tibb işçilərinin 50 nəfərinin xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan zaman, 18 nəfərin isə yaşadıqları ərazidə virusa yoluxduqları təsdiqlənib. Digərlərinin harada və necə yoluxmaları bilinmir.

Qeyd edək ki, son məlumata əsasən Tailandda COVID-19 infeksiyasına 2423 nəfər yoluxub, 32 nəfər bu virus səbəbindən ölüb.

Azertac

Xəbəri paylaş

VİDEOLAR