Tacikistan və Əfqanıstan sərhəddində 5,7 bal gücündə zəlzələ baş verib

Tacikistan və Əfqanıstan sərhəddində 5,7 bal gücündə zəlzələ baş verib

Tacikistan və Əfqanıstan sərhədində gecə saatlarında 5,7 bal gücündə zəlzələ baş verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 02:49-da (Bakı vaxtı ilə 00:49) qeydə alınıb.

Təbii fəlakətin episentri Alma-Atadan 823 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 35 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbəri paylaş

VİDEOLAR