Bəşər Cəfəri ölkəsinə Türkiyə və İsrail rejimi tərəfindən edilən hücumlarla bağlı danışıb.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ölkəsinə Türkiyə və İsrail rejimi tərəfindən edilən hücumlarla bağlı danışıb.
Bəşər Cəfəri BMT Təhlükəsizlik Şurası iclasında etdiyi çıxış zamanı hücumları suverenliyə təhdid olaraq xarakterizə edib.
"BMT bu məsələdə səssiz qalaraq sanki hücumları dəstəkləyir. Biz BMT-ni səssiz qalmasına görə qınayırıq", - deyə Bəşər Cəfəri diqqətə çatdırıb.
O qeyd edib ki, bəzi dövlətlər Suriyanın viran qalması üçün xüsusi olaraq çalışırlar.
"Suriyanın viran qalması üçün bir çox yola əl atırlar. Artıq bütün dünya bilir ki, hansı dövlətlər terrorçuları dəstəkləyir", - deyə Bəşər Cəfəri bildirib.