Suriyanın Tarsus şəhərində 14 HTŞ terrorçusu öldürülüb

Suriyanın Tarsus şəhərində 14 HTŞ terrorçusu öldürülüb

Suriyada əksəriyyəti ələvilərin təşkil etdiyi Tarsus bölgəsində baş verən silahlı qarşıdurmada Heyət Təhrir Şam (HTŞ) terror təşkilatının üzvü olan 14 terrorçu öldürülüb.

Az.rasthaber.com xəbər verir ki, Mehr Xəbər Agentliyinin verdiyi xəbərə görə, Suriyada əksəriyyəti ələvilərin təşkil etdiyi Tarsus bölgəsində baş verən silahlı qarşıdurmada Heyət Təhrir Şam (HTŞ) terror təşkilatının üzvü olan 14 terrorçu öldürülüb.

Əl-Qaidə ilə əlaqəli HTŞ-nin qurduğu müvəqqəti hökumətin daxili işlər naziri Məhəmməd Əbdürrəhman açıqlamasında Tartus əyalətində 14 HTŞ elementinin öldürüldüyünü təsdiqləyib.

Əbdürrəhman hadisə nəticəsində 10 HTŞ üzvünün yaralandığını bildirib.

Rəsmi iddia edib ki, HTŞ üzvləri keçmiş Suriya hökumətinin qalan qüvvələrinin pusqusuna düşüblər.

Bildirilib ki, ələvilərə qarşı hücum və zorakılıq səhnələrini əks etdirən videogörüntülər yayılmağa başlayandan sonra Homs da daxil olmaqla bəzi şəhərlərdə ələvi icmaları nümayişlər təşkil edib və müvəqqəti hökumət tərəfindən Homsda komendant saatı elan edilib.

Qeyd edək ki, dünən gecə Tartus və Latakiyada və yaxınlıqdakı Cebeledə etirazlar keçirilib.

Xəbəri paylaş

VİDEOLAR