Suriyanın şərqində ABŞ-ın hərbi mövqelərinə raketlərlə hücum edilib

Suriyanın şərqində ABŞ-ın hərbi mövqelərinə raketlərlə hücum edilib

ABŞ-ın Suriyanın şərqində zəbt etdiyi ərazilərdə yerləşən hərbi mövqelərinə raketlərlə hücum edilib. Bölgədə güclü partlayış səsləri eşidilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə ötən gecə Suriyanın Dirazzur əyalətinin, ABŞ-ın və separatçı kürd bölmələrinin nəzarətində olan məntəqəsinə raketlərlə hücum edilib.

Məlumata görə hədəf ABŞ qüvvələrinin zəbt ediyi əl-Ömər neft yatağının yaxınlığındakı hərbi mövqelər olub.

Bu hücumu həyata keçirən tərəflər haqda, habelə hücumun xəsarətləri barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, ABŞ və separatşı kürd bölmələri 2014-cü ildən başlayaraq, İŞİD-lə mübarizə adı altında Fəratın şərqini işğal ediblər.

Xəbəri paylaş

VİDEOLAR