Suriyanın Hələb şəhərində terror aktı: Ölənlər var

Suriyanın Hələb şəhərində terror aktı: Ölənlər var

Terror aktını hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Rasthaber Azərbaycan xəbər verir ki, Suriyanın şimalında Hələb şəhərinin Azez rayonunda partlayıcı yüklənmiş yük avtomobili partlayıb.

Reuters xəbər agentliyi partlayış zamanı 7 nəfərin öldüyünü bildirib. SANA 8 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını qeyd edib.

Məlumata görə, terror aktı restoran və benzin doldurma məntəqəsinin qarşısında baş verib.

Partlayış bölgədəki maşınlara və dükanlarda yanğına səbəb olub.

Terror aktını hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR