Suriyanın Dəra əyalətində İŞİD komandirlərinin yeri müəyyənləşdirilib və əməliyyat nəticəsində terror təşkilatının üç təhlükəli üzvü zərərsizləşdirilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, hökumət qüvvələrinin İŞİD-ə qarşı əməliyyatı Dəra əyalətinin əl-Muzayrib qəsəbəsində həyata keçirilib.
Burada İŞİD terror təşkilatının liderlərindən olan Əbu-Ömər əl-Şağuri ləqəbli Məhəmməd Əli əl-Şağuri və onunla birgə digər komandirlər Əhməd Xalid əl-Misri və Məhəmməd Zitavi məhv ediliblər.
Qeyd edək ki, ABŞ koalisiyası da iki gün öncə Suriyanın şərqində İŞİD-in bir təhlükəli üzvünü zərərsizləşdirdiyini bildirmişdi.
Bildirək ki, Suriyada İŞİD-in fəal olduğu əsas bölgə ölkə səhrasıdır. Terror təşkilatı son zamanlarda Dəra əyalətində də fəal olmağa başlamışdı.