Suriyanın Bab bölgəsinə raket hücumu edilib

Suriyanın Bab bölgəsinə raket hücumu edilib

Suriyanın şimalındakı Bab rayonunda raket hücumu həyata keçirilib.

Az.rasthaber.com xəbər verir ki, hücumda aralarında uşaqların da olduğu 14 mülki şəxs həyatını itirib, 37 mülki şəxs isə yaralanıb.

Hərbi müxalifətin nəzarətində olan Babda rayon mərkəzi raketlərlə hədəfə alınıb.

Mülki əhalinin sıx yaşadığı rayon mərkəzinə edilən hücumda aralarında uşaqların da olduğu 14 mülki şəxs həyatını itirib, 37 mülki şəxs isə yaralanıb. Hücumun mənbəyi ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Bab rayon mərkəzi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində 2017-ci ilin fevralında İŞİD terrorçularından təmizlənib.

Xəbəri paylaş

VİDEOLAR