Suriyadan İranın BMT-nin Qadınlar Komissiyasından çıxarılmasına münasibət

Suriyadan İranın BMT-nin Qadınlar Komissiyasından çıxarılmasına münasibət

Suriya Xarici İşlər Nazirliyi İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar Komissiyasından çıxarılmasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Suriya Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar Komissiyasının İranın üzvlükdən çıxarılması barədə qərarının BMT Nizamnaməsinin müddəalarını və təşkilatın işinin hüquqi mexanizmlərini pozduğunu bildirib.

İran ötən gün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) səsverməsi ilə BMT-nin Qadınlar Komissiyasından çıxarılıb.

BMT-nin İqtisadi və Sosial Şurasına üzv 54 ölkənin iştirak etdiyi səsvermədə üzv ölkələrdən 29-u İranın çıxarılmasına səs verib, 16-sı isə bitərəf qalıb.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani qətnaməni “qanunsuz addım” kimi qiymətləndirib və ABŞ-ı “BMT-dən öz siyasi gündəmini həyata keçirmək üçün istifadə etməyə çalışmaqda” ittiham edib.

Çin nümayəndəsi qərarın çirkli və boşluqlarla dolu olduğuna işarə edərək əleyhinə səs verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də BMT-nin İqtisadi və Sosial Şurasının İrana qarşı qərarını kəskin şəkildə pisləyib.

Xəbəri paylaş

VİDEOLAR