Suriyanın İdlib bölgəsində olan terrorçular Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmək üçün Avropaya gedirlər.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini kontr-admiral Oleq Juravlyov bildirib.
"İdlib deeskalasiya zonası ərazisindən alban və Qafqaz mənşəli terrorçuların Avropaya yola düşməsinə dair məlumat daxil olur", -deyə o qeyd edib.
Kontr-admiral əlavə edib ki, həmin terrorçuların məqsədi Ukrayna ərazisində gedən döyüşlərdə iştirakdır.
Xatırladaq ki, rəsmi Kiyev xarici muzdluların Ukrayna tərəfindən vuruşmasına icazə verib və bunun üçün xüsusi legionlar yaradıb.