Suriyadakı işğalçı ABŞ bazasına hücum edilib

Suriyadakı işğalçı ABŞ bazasına hücum edilib

İraq müqavimət qrupları tərəfindən Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara qarşı əməliyyat keçirilib.

Az.rasthaber.org xəbər verir ki, Suriyada işğalçı ABŞ əsgərlərinin yerləşdiyi bazalara qarşı əməliyyatlar davam edir.

İraqlı qrupların verdiyi açıqlamada Hasəkənin Qamışlı rayonunda işğalçı ABŞ əsgərlərinin yerləşdiyi Himo bazasına raket hücumu təşkil edildiyi bildirilib.

Bəyanatda deyilir: “Hücum ABŞ-ın bölgədəki işğalçı qüvvələrinə qarşı müqavimətimizin davamı və sionistlərin Qəzzada xalqımıza qarşı törətdikləri qırğınlara cavab olaraq həyata keçirilib.

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil.

ABŞ rəsmiləri hücumla bağlı açıqlama verməyib.

ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları tez-tez raketlər və kamikadze İHA-larla hədəfə alınır.

ABŞ-ın Suriyanın şimalında, Tırbespiye, Rimelan, Çılağa, Derik və Haseki kəndlərində, Deyr əz-Zor və Rakka neft bölgələrində hərbi bazaları var.

Xəbəri paylaş

VİDEOLAR