Suriyadakı ABŞ bazasına raket hücumu edilib

Suriyadakı ABŞ bazasına raket hücumu edilib

Suriyanın Deyr əz-Zor əyalətində ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücuma cəhd edildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, axşam saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərində bazaya raketlərlə hücuma cəhd edilib.

Bazadakı hava hücumundan müdafiə sistemləri raketləri hədəflərinə çatmamış məhv edib.

Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.

ABŞ ordusunun Həsəkə və Deyr əz-Zor əyalətlərindəki bazaları tez-tez raketlər və kamikadze PUA-larla hədəfə alınır.

Xəbəri paylaş

VİDEOLAR