ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Həsəkə bölgəsindəki hərbi bazası PUA-larla hədəfə alınıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Həsəkə bölgəsindəki hərbi bazası PUA-larla hədəfə alınıb.
Yerli mənbələrin məlumatına görə, hücumdan sonra hərbi bazada güclü partlayış səsləri eşidilib.
Hazırda ABŞ-ın Suriyada Homs səhrasındakı Əl-Tanif bazasında, həmçinin PKK/PYD-nin nəzarətində olan Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində ən azı 11 baza və hərbi məntəqədə varlığı var.