Suriyadakı ABŞ bazalarına PUA hücumu edilib

Suriyadakı ABŞ bazalarına PUA hücumu edilib

Bildirilib ki, Suriyada ABŞ əsgərlərinin yerləşdiyi iki hərbi bazaya pilotsuz təyyarə ilə hücum edilib.

Az.rasthaber.org xəbər verir ki, Əl Mayadin-in məlumatına görə, Suriyanın Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı və Ömər neft yatağındakı Yeşilköydəki ABŞ bazalarına hücum edilib.

İraq İslami Müqaviməti öz bəyanatında bu bazaları İHA-larla hədəf aldıqlarını açıqlayıb.

İraq müqaviməti ABŞ-ı sionist rejimin Qəzzə zolağına hücumlarında əsas məsul görür və Qəzzəyə hücumlar dayanana qədər hücumlarını davam etdirəcəyini vurğulayıb.

İraq İslami Müqaviməti Suriyanın şərq və şimal-şərqində, İraqın qərb və şimalındakı ABŞ bazalarını onlarla dəfə raket və PUA-larla hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR