Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1 356 nəfərə çatıb

Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1 356 nəfərə çatıb

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ səbəbindən Suriyada 1 356 nəfər həyatını itirib, 3 419 nəfər də yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, məlumata əsasən, yeraltı təkanlar Suriyanın  İdlib, Hələb, Hama, Latakiya, Tartus və Rakka şəhərlərində də hiss olunub.
Zəlzələ nəticəsində bu əyalətlərdə böyük dağıntılar baş verib.
SANA xəbər agentliyinin yaydığı xəbərə əsasən, Hələb, Latakiya, Hama və Tartus şəhərlərində rejimin nəzarətində olan bölgələrdə 656 nəfər həyatını itirib, 1 419 nəfər isə yaralanıb.
Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çox sayda tikili dağılıb.
Suriyanın Hüquq Müdafiə Təşkilatı (SNHR), Ağ Dəbilqəlilər Təşkilatı, yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrin yaydığı məlumata görə, Suriyanın İdlib və ''Fərat qalxanı'' ilə  ''Zeytun budağı'' əməliyyatları bölgələrində azı 700 nəfər ölüb. 
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR