Suriyada yeni terrorçu qrup yaranıb - Colanini kafir adlandırır...

Suriyada yeni terrorçu qrup yaranıb - Colanini kafir adlandırır...

Suriyada son zamanlar yeni ekstremist qruplaşma olan “Ənsar əs-Sünnə” meydana çıxıb.

Az.rasthaber.com xəbər verir ki, terrorçu qrup açıq şəkildə dini və etnik azlıqlara qarşı zorakılığı və nifrəti təbliğ edir,

İŞİD-ə bənzər ideologiya ilə çıxış edir. Onlar Colanini və onun tərəfdarlarını “kafir” adlandırır, “Təhrir əş-Şam” daxil olmaqla digər silahlı qruplarla mübarizə aparmağı qarşısına məqsəd qoyub.

Fevral ayında açıq fəaliyyətə başlayan bu qrup artıq bir sıra qanlı hücumlar həyata keçirib. Hamanın Ərzə kəndində 15 mülki şəxsi öldürərək kəndin əhalisini qovmaları onların ilk genişmiqyaslı hücumu olub. Meşə və əkin sahələrinin yandırılması da daxil olmaqla, zorakılıq dolu əməliyyatlar həyata keçiriblər.

Qrupun rəhbərləri – Əbu Aişə əş-Şami və Əbu əl-Fəth əş-Şami – haqqında az məlumat var. Təşkilat hazırda Suriya ilə yanaşı Livanda da fəaliyyət göstərdiyini iddia edir və gələcəkdə daha geniş hücumlar planlaşdırdıqlarını bildirir.

Mütəxəssislər bu qrupun ortaya çıxmasını ciddi təhlükə kimi qiymətləndirir və bölgədə sabitlik üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayırlar.

Xəbəri paylaş

VİDEOLAR