"Suriyada terrorçulara yardım edən ölkələr pislənməlidir"

İran Prezidenti bazar ertəsi gecə televiziyaya müsahibəsində deyib: Biz iqtisadi əməkdaşlığı artırmaq üçün Çin və Rusiya prezidentləri ilə məsləhətləşmişik, bu ölkələrin ekspertləri Tehrana gələrək neft, qaz, yol və elektrik enerjisi sahəsində müqavilələri yekunlaşdıraq. Hindistan, İraq kimi ölkələrlə müqavilələrimiz olub. Biz qonşu ölkələr və regionla iqtisadi əlaqələri artırmağa çalışırıq.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkiyan deyib: Terrorçuların Suriyada etdikləri Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir. Dəməşq Təhlükəsizlik Şurasına şikayət etməli və terrorçulara yardım edən ölkələr pislənməlidir.  

Pezeşkiyan dedi: Yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşüm olacaq. 

Başqa bir hissədə o, avropalıların düşməncəsinə sanksiyaları haqqında dedi: Avropalılar o biri üzlərini göstərdilər və ABŞ-ın ardınca bizim gəmiçilik və aviasiyamıza sanksiya qoydular, bütün bu vəziyyətlə sübut etməyə çalışırıq ki, biz müharibə axtarmırıq və sülh ardıncayıq. 

Suriyadakı son hadisələrlə bağlı suala cavab olaraq prezident həmçinin deyib: Terrorçuların Suriyada etdikləri Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir. Dəməşq Təhlükəsizlik Şurasına şikayət etməli və terrorçulara yardım edən ölkələr pislənməlidir. 

Pezeşkiyan davam etdi: Suriya probleminin həlli üçün təsirli olan ölkələrlə görüş keçirilməlidir. Yaxın vaxtlarda Suriyadakı hadisələrlə bağlı Rusiya prezidenti ilə görüşüm olacaq. 

O, daha sonra dedi: Xarici işlər nazirimiz bu gün Türkiyədə olub və orada danışıqlar aparıb. Rusiya, İran, Türkiyə və Suriya dövlətinin rəhbərləri və rəsmiləri Astana prosesi ilə bağlı bir-biri ilə danışır, görüşür və götürülmüş öhdəliklərlə bağlı yenidən görüşüb danışmağa hazırlaşırlar.  

Pezeşkiyan vurğuladı: Biz qonşularımızla qardaşıq. Düşmənlər aramızda ixtilaf yaratmaq istəyirlər. Qonşularımızla ixtilafa düşməmək üçün çox diqqətli olmalıyıq. Bu gün qonşu dövlətlərin başçıları ilə söhbətimin əsas mövzusu ondan ibarət idi ki, biz terrorçuların bölgədə yenidən müharibə aparmasına, qan tökülməsinə imkan verməməliyik.

Xəbəri paylaş

VİDEOLAR