Hələb əyalətinin əl-Bab şəhərində terror aktı törədilib.
Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən Hələb əyalətinin əl-Bab şəhərində terror aktı törədilib.
İçərisinə partlacıyı quraşdırılmış avtomobilin partlaması nəticəsində 4 nəfər xəsarət alıb.
Yerli mənbələrin məlumatına görə, partlayış qaçaq yanacaq bazarının yanında baş verib.
İnsident nəticəsində maddi ziyanın da dəyidiyi bildirilir.