Suriyada işğal güclənir: ABŞ-ın dördüncü hərbi karvanı da Suriyaya göndərilib

Suriyada işğal güclənir: ABŞ-ın dördüncü hərbi karvanı da Suriyaya göndərilib

İraq təhlükəsizlik mənbəsi bu gün ABŞ qüvvələrinin İraqın əl-Valid sərhəd qapısında xəbərdar edildiyini və dördüncü Amerika hərbi karvanının Suriyaya göndərildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq təhlükəsizlik mənbəsi əl-Malume internet saytına verdiyi müsahibədə deyib:

“ABŞ-ın 50 yük maşınından ibarət dördüncü karvanı əl-Valid sərhəd keçid məntəqəsindən Suriyaya keçmək üçün İraqdan çıxıb. Bu konvoyun son ünvanı Həsəkədəki ABŞ hərbi bazalarıdır.

ABŞ qüvvələri bu hərbi konvoyun keçidini təmin etmək üçün əl-Valid keçidində və ona yaxın olan bəzi qovşaqlarda hazır vəziyyətdə saxlanılıb”.

Bu, Dəməşqin süqutundan sonra son üç həftə ərzində Suriyaya daxil olan üçüncü Amerika karvanıdır və məqsədi bu ölkədəki işğalçı ABŞ varlığını gücləndirməkdir.

Məlumatlara görə, bu karvanda helikopterlər və PUA-lar, həmçinin ağır hərbi texnika və tanklar var.

İki gün əvvəl media mənbələri beynəlxalq koalisiya qüvvələrinin ağır hərbi texnika daşıyan 60 TIR-dan ibarət nəhəng karvanının Əl-Valid qapısından İraqdan Suriyaya göndərildiyini açıqlamışdı. Bu, Bəşər Əsəd hökumətinin devrilməsindən sonra bu koalisiyanın Həsəkə və Deyr əz-Zor əyalətlərinə gedən ən böyük hərbi karvanı idi.

Birləşmiş Ştatlar son həftələrdə Dəməşqi idarə edən Əbu Məhəmməd əl-Colaninin başçılıq etdiyi Suriya müxalifətindən yaşıl işıq aldıqdan sonra bu ölkədə mövcudluğunu gücləndirib.

Culaninin başçılıq etdiyi Təhrir əş-Şam kimi tanınan bu qrup terror təşkilatları siyahısında olsa da, ötən həftə Amerika nümayəndə heyəti Culani ilə görüşüb.

Digər tərəfdən Suriyanın şimalında və şərqində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) kimi tanınan qruplaşma ilə Türkiyə qüvvələri arasında hərbi qarşıdurmalar ABŞ-ın bütün xəbərdarlıqlarına baxmayaraq davam edir.

Xəbəri paylaş

VİDEOLAR