23.12.2024 11:34:21
Suriyanın Hələb və İdlib şəhərlərində HTŞ tərəfindən 10 qadının həbs edilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Hələbdə Sadullah əl-Cabri Meydanında da aksiya keçirilib və etirazçılar tərəfindən İdlibdəki HTŞ həbsxanalarında saxlanılanların azad edilməsi çağırışı edilib.
Etirazçılar həbs olunanların şəkillərini qaldıraraq və Colani əleyhinə şüarlar səsləndiriblər.