Suriyada hökumətin süqutuna səbəb olan əsas amillər

Suriyada hökumətin süqutuna səbəb olan əsas amillər

Şübhəsiz ki, müxaliflərin bu sürətli irəliləməsinin dörd əsas səbəbi vardır və bunlar aşağıdakılardır:

Rasthaber: Suriyada bir terror təşkilatının qısa müddətdə böyük şəhərləri ələ keçirərək bir neçə gün ərzində Şama doğru irəliləməsi, yalnız Suriyanın daxili sistemini yaxından bilənlərin anlaya biləcəyi maraqlı bir mövzudur.

Bugünlərdə Suriya dünyanın diqqət mərkəzinə çevrilib və siyasi proseslərin əsas mərkəzində dayanır. Hadisələrin sürəti o qədər yüksəkdir ki, bu, hətta mütəxəssislərin analiz aparmasına belə imkan vermir.

Şübhəsiz ki, müxaliflərin bu sürətli irəliləməsinin dörd əsas səbəbi vardır və bunlar aşağıdakılardır:

1. Ordunun zəifləməsi və korrupsiya

Son on ildə Suriya ordusu tədricən zəifləyib, birlik daxilində təşkilatlanma qabiliyyəti zəifləyib. Ordunun motivasiya çatışmazlığı və korrupsiyaya bulaşması, onun zəifliyinin əsas səbəblərindən biridir. Bu vəziyyətdə ordunun kiçik bir qrupla belə mübarizə apara bilmədiyini və rəqiblərə qarşı ciddi müqavimət göstərə bilmədiyini görürük. Qeyri-rəsmi məlumatlara görə, bəzi baş qərargah rəhbərlərinin rüşvət qarşılığında müxaliflərlə gizli razılaşmalar apardığı iddia edilir ki, bu, həqiqətən də narahatedici bir faktdır.


2. Xalqın hökumət və ordu ilə əməkdaşlıq etməməsi

Xalqın ölkənin hökuməti və ordusuna dəstək verməməsi, Suriya rejimini güclü daxili dəstəkdən məhrum edən başqa bir səbəbdir. Bu, illərdir yığılan struktur və iqtisadi problemlərin həll olunmaması və xalqın qarşısında praktik olaraq aydın bir vizyonun olmaması ilə əlaqədardır.


3. Suriya Hökumətinin xarici hökumətlərin bəzi vədlərinə güvənməsi

Suriya hökumətinin müqavimətdən imtina qarşılığında qonşu ölkələrdən gələn bəzi xarici vədlərə aldanması, rejimi praktik olaraq müqavimət cəbhəsindən uzaqlaşdırıb və daxili intriqaların qarşısını açıb.


4. Xarici müdaxilələr və terrorçuların təchiz edilməsi

Qərb hökumətləri və bəzi regional güclərin Suriya ərazilərinə olan marağı, İŞİD, Nüsra Cəbhəsi və Təhrir əş-Şam kimi terror qruplarını təchiz etməsi, Suriyanın əmin-amanlığını pozmuş və bu ölkəni terrorçuların meydanına çevirmişdir. (fars agentliyindən tərcümə)

Xəbəri paylaş

VİDEOLAR