Suriyada həbsxanaya hücum zamanı 350 İŞİD üzvü ölüb

Suriyada həbsxanaya hücum zamanı 350 İŞİD üzvü ölüb

Suriyanın şimal-şərqində Həsəka şəhərinin həbsxanasına edilən hücum əsnasında və sonra baş verən qarşıdurmalar zamanı azı 350 İŞİD üzvü ölüb.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ötən ay Həsəka həbsxanasına hücum və ondan sonra bir neçə gün ərzində davam edən əməliyyatlar və döyüşlər zamanı azı 350 İŞİD üzvü ölüb.

İraq Müdafiə Nazirliyi bildirib ki, hadisə baş verən kimi Suriya ilə sərhədlərdə təhlükəsizlik tədbirləri möhkəmləndirilib və daxildə İŞİD üzvlərinin olduğu həbsxanalarda əlavə tədbirlər görülüb.

Nazirliyin məlumatına görə İŞİD bu hücumda Həsəka həbsxanasında olan dörd minə yaxın üzvünü azad etməyi planlayıb.

Məlumata görə hazırda Suriyada Fəratın şərqini zəbt edən kürd qüvvələri və ABŞ qüvvələrinin nəzarətindəki həbsxanalarda 12 min İŞİD üzvü var ki, onların iki mini əcnəbidir.

Ötən yanvar ayının 20-də Həsəkə şəhərində əs-Sənaə həbsxanasına edilən hücum İŞİD-in 2019-cu ildə məğlub olmasından sonra ən ciddi hücum hesab edilir.

Xəbəri paylaş

VİDEOLAR