Suriyalı təhlükəsizlik eksperti on minlərlə şiənin bu ölkədən Livana köç etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Suriyada sosial və milli təhlükəsizlik məsələləri üzrə ekspert Səid Faris deyib:
“Suriyada on minlərlə şiə ailəsi Bəşər Əsəd rejiminin devrilməsindən sonra terror hücumlarından qorxaraq Livana köçdü.
Hələbin şimal bölgəsindəki Nubul və əz-Zəhra şəhərlərində, İdlib və Dəranın Əl-Fua və Keferya şəhərlərində yaşayan şiə ərəblərin sayı bütün Suriya üzrə 300 min nəfərə çatır. Bu insanların bəziləri Dəməşqin əl-Əmin və Zeynel Abidin məhəllələrində, Seyyide Zeynəb məhəlləsində, Homs kəndlərində, Deyr əz-Zor və Həsəkədə yaşayır.
Bu insanlar Suriyada İŞİD ünsürlərinin hücumu zamanı mühasirəyə alınıb, hücuma məruz qalıb, öldürülüb, evləri dağıdılıb.
Bəşər Əsəd rejiminin devrilməsindən sonra on minlərlə insan terror hücumlarından qorxaraq Livana köçüb”.
Bundan əvvəl terrorçuların evləri qarət etdiyi və Suriya vətəndaşlarını öldürdüyü bildirilmişdi.