Suriyada ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya hücum edilib

Suriyada ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya hücum edilib

Suriyanın Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın Həsəkə şəhərinin Malikiyyə rayonunda ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya hücum təşkil edilib.

Hücum zamanı bazalara və ətrafına raketlərin düşdüyü öyrənilərkən, hər hansı can itkisi ilə bağlı məlumat yoxdur.

Bu günlərdə İraqın Ənbar əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd aviabazasına raket hücumu həyata keçirilib.

Sionist İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarından sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumları artıb.

Xəbəri paylaş

VİDEOLAR