Suriyada ABŞ qüvvələrinin qərargahına PUA-larla hücum edilib

Suriyada ABŞ qüvvələrinin qərargahına PUA-larla hücum edilib

Suriyanın İordaniya və İraqla sərhəd bölgəsində yerləşən əl-Tənif hərbi qərargahı PUA-ların hücumuna məruz qalıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Suriya İnsan Hüquqları Monitorinq Qrupu”nun saytı məlumat yayıb.

Mərkəzi Londonda yerləşən bu müxalifət saytı bildirib ki, yanvarın 20-də sübh çağı ABŞ qüvvələrinin əl-Tənif bölgəsindəki qərargahı naməlum PUA-ların hücumuna məruz qalıb.

Mənbə bildirib ki, bu qəraragah sonuncu dəfə beş ay öncə oxşar hücuma məruz qalmışdı.

ABŞ tərəfi hələ bu xəbərə münasibət bildirməyib və hücumun xəsarətləri barədə də məlumat yoxdur.

Xəbəri paylaş

VİDEOLAR