Livanda yerləşən Əl Mayadin televiziyası Əl-Tənf və Deyr əz-Zor bölgəsinin çölündə yerləşən Koniko bazasına hava hücumu təşkil edildiyini iddia edib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Suriyadakı iki hərbi bazasına hücum edildiyi iddia edilib.
Livanda yerləşən Əl Mayadin televiziyası, İraq və İordaniya sərhədlərinə yaxın Əl-Tanf bazasına pilotsuz təyyarə ilə hücum, Deyr əz-Zor bölgəsinin çöllərindəki Koniko bazasına isə raket hücumu təşkil edildiyi bildirilib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Dünən İraq Kürdüstan Regional Rəhbərliyi ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının bazasının yerləşdiyi Hərir qəsəbəsində bomba yüklü pilotsuz uçuş aparatının (PUA) boş yerə düşdüyünü açıqlayıb. Rudaw isə özünü 'Əqsa Daşqına Dəstək Əməliyyat Otağı' olaraq tanıdan bir qrupun PUA-larla bazanı hədəf aldığını bildirib.