Suriyada ABŞ bazasına hücum edilib

Suriyada ABŞ bazasına hücum edilib

Suriyanın “Kariyetul Hadra” bölgəsindəki ABŞ hərbi bazasına hücum edildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən “Al Mayadeen” televiziyasının məlumatına görə, Suriyanın şimal-şərqindəki “Kariyetul Hadra” bölgəsində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib.

Amerika əsgərlərinin yerləşdiyi bazaya PUA hücumuna görə məsuliyyəti “İraq İslam Müqaviməti” adlı qrup öz üzərinə götürüb.

İraq müqaviməti bəyan edib ki, sionist İsrailin Qəzzaya təcavüzü bitənə qədər ABŞ hərbi bazalarına qarşı əməliyyatları davam etdirəcək.

Sionist İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarından sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumları artıb.

ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.

Xəbəri paylaş

VİDEOLAR