Xəbər mənbələri bildiriblər ki, sionist rejim bütün Suriya ərazisində 150 hərbi obyekti bombalayıb.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordu radiosu İsrail döyüş təyyarələrinin Suriya daxilində 150 hərbi hədəfi bombaladığını açıqlayıb.
Sionist rejimin mediaları bu hədəflərin hərbi bazalar, hava limanları, tanklar, təyyarələr və helikopterlər olduğunu bildirib.
Bu medialar Suriya ərazilərinin havadan bombardman edilməsində məqsədin Suriya ordusunun imkanlarını məhv etmək olduğunu açıqlayıb.