Maddi ziyanın dəydiyi qeyd edilib.
Rasthaber SANA-ya istinadən xəbər verir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri (HHM) Homs əyalətinin şərqindəki hərbi aerodroma edilən raket hücumunu dəf edib.
T-4 hərbi aerdromuna hücum ət-Tanf sərhəd rayonu istiqamətindən İsrailin hərbi təyyarələri tərəfindən edilib.
Suriya HHM düşmən raketlərinin böyük əksəriyyətini vura bilib.
Maddi ziyanın dəydiyi qeyd edilib.
Xatırladaq ki, İsrail 31 avqustda da Suriyaya hava hücumu edib. O zaman da Suriya HHM sistemləri hücumu dəf edib.