Suriya xalqı Hələbin son qəsəbələrinin də terrorçulardan təmizləməsini bayram edir - FOTO

Suriya xalqı Hələbin son qəsəbələrinin də terrorçulardan təmizləməsini bayram edir - FOTO

Suriya Ordusu Hələbin qərbi və şimal-qərbində terrorçuları məğlub edərək bu şəhərin tam təhlükəsizliyini bərpa edib

Suriyanın şimalında yerləşən Hələb şəhərinin əhalisi dünən gecə bu şəhərdə tam təhlükəsizliyin qurulması xəbərinin elan olunması ilə küçələrə çıxıblar.

Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, əhali küçələrdə terrorçuların bu bölgədə tam məğlub olmalarını bayram ediblər.

Suriya ordusu bazar günü Hələb şəhərinin şimalı və qərbindəki onlarla kənd və qəsəbəni terrorçuların işğalından azad edərək, bu şəhərə tam təhlükəsizliyi qaytarmağa müvəffəq olub.

Suriya ordusu son günlər İdlib vilayətinin cənubunda irəliləyişlə bir zamanda, Hələb vilayətinin qərbi və cənubunda bu bölgələri terrorçulardan təmizləmə əməliyyatına başlayıb.

İdlib və Hələb vilayətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdır.

Xəbəri paylaş

VİDEOLAR