Suriyanın xarici işlər naziri Feysəl Miqdad sionist rejimin Dəməşqə qarşı hava hücumlarına lazımi vaxtda cavab veriləcəyini vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Miqdad deyib:
"Bu hücumlarla bağlı mövqeyimiz bəllidir. Təl-Əvivə xəbərdarlıq edirik ki, gec-tez bütün bu düşmənçiliklərə cavab veriləcək.
Biz indi (İsraillə) qarşı-qarşıya gəlmək istəmirik və indi bizə lazım olan şey qarşıdurma və xarabalıqlarda qalmaq deyil, müdriklikdir".
2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri sionist İsrail qüvvələri fasilələrlə Suriyaya hava zərbələri endirir.